Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daxil olan kiberinsidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşüb.
Viral.az xəbər verir ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.
Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumilikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7790-ı Azərbaycan Respublikasına məxsus kompüterlər olub. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub.
Son Yazılar:
- Zelenski Azərbaycana başsağlığı verib Rusiyanı ittiham etdi
- Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu SEÇİLDİ
- Qəzada ölən digərlərinin meyiti nə zaman GƏTİRİLƏCƏK?
İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib. Bununla yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olub.
Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi tövsiyə edir.