Avropa Birliyi (AB) Rusiyaya görə Serbiyanı təşkilata üzvlüklə bağlı danışıqların növbəti mərhələsinə buraxmayıb.
Viral.az xəbər verir ki, bu barədə Serbiyanın RTS dövlət kanalı məlumat yayıb.
Baltikyanı və Skandinaviya ölkələri, həmçinin Niderland Serbiya ilə danışıqların davam etdirilməsinə qarşı çıxıb. Onlar hesab edirlər ki, Belqrad AB standartlarına uyğun siyasət aparmır, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.