Bəşər Əsəd və ailə üzvləri hazırda Moskvadadır.
Viral.az xəbər verir ki, bu barədə TASS-a Kremldəki mənbə bildirib.
Mənbə qeyd edib ki, Rusiya Əsədə sığınacaq verib.
Son Yazılar:
- Hazırda yayılan virus donuz qripidir?
- Nadir beyin xəstəliyi 69 yaşlı kişidə zarafat asılılığı YARATDI
- İsrail girovların siyahısını hələ “HƏMAS”dan almayıb
Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.