Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Erinç Sağkanı yenidən Türkiyə Barolar Birliyinə başqan seçilməsi münasibəti ilə təbrik edib.
Viral.az xəbər verir ki, Anar Bağırov türkiyəli həmkarına zəng vuraraq ona ARVK-nın adından təbriklərini çatdırıb, fəaliyyətinizdə uğurlar arzulayıb.
Eyni zamanda telefon söhbəti zamanı Anar Bağırov Erinç Sağkanı Azərbaycana səfərə dəvət edib:
Son Yazılar:
- Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirildi – FOTO
- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayında əsaslı artım var
- Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik
“İnanırıq ki, rəhbərliyiniz altında Türkiyə Barolar Birliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasındakı mövcud olan dostluq və əməkdaşlıq əlaqələri daha da güclənərək, iki qardaş ölkənin vəkillik institutlarının bilik və təcrübə mübadiləsi daha da genişlənəcəkdir. Əminik ki, bu əməkdaşlıq həm hüquq peşəsinin inkişafına, həm də ədalət prinsiplərinin möhkəmlənməsinə xidmət edəcəkdir”.
Dəvəti məmnunluqla qəbul edən Erinç Sağkan ARVK-nın sədrinə minnətdarlığını bildirib.