Dəməşqdəki Belarus səfirliyi fəaliyyətini davam etdirir

Belarusun Suriyadakı səfirliyi fəaliyyətini davam etdirir, diplomatlar mövcud şəraitdə öz işlərini yerinə yetirirlər.

Viral.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz məlumat verib.

“Vəziyyət mürəkkəbdir, ona görə də xarici nümayəndəlik belə vəziyyətdə nəzərdə tutulan bütün təhlükəsizlik tədbirlərini həyata keçirib. Bununla yanaşı, biz hakimiyyətə gələn müxalifət nümayəndələrinin Dəməşqdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı bəyanatını nəzərə almışıq”, – o bildirib.

Son Yazılar: