Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan 4,5 il müddətinə həbs cəzasına məhkum edilib.
Viral.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərarı Antikorrupsiya Məhkəməsi çıxarıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib.
Son Yazılar:
- Başlıbel faciəsinin ildönümüdür
- Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında OLDU
- Çavuşoğlunun atası vəfat ETDİ
İstintaqın versiyasına görə, A.Piloyan köməkçisi vasitəsilə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Köməkçinin kabinetində axtarış zamanı silah-sursat aşkar edilib.
A.Piloyan 2022-ci il martın 31-də həbs edilib. Bu, ölkə tarixində nazirin vəzifədə olarkən həbs edildiyi ilk haldır. O, 2022-ci ilin oktyabrında 36,5 min dollar məbləğində girov müqabilində istintaq təcridxanasından azad edilib.