Rusiyada fransız agent saxlanıldı

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Rusiya Federasiyasının hərbi fəaliyyəti haqqında məlumat toplamaqda şübhəli bilinən Fransa vətəndaşı Vinatye Loran Klod Jan Lui həbsi barədə qərar verib.

Viral.az “İzvestiya”ya istinadən xəbər verir ki, fransalı avqustun 5-dək həbsdə qalacaq.

Məhkəmədə Vinatye günahını etiraf edib və istintaqa kömək etməyə hazır olduğunu bildirib.

Son Yazılar:

Müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini istəyib.

Fransızın vəkillərindən biri bildirib ki, o, 10 ildən artıqdır ki, Rusiyada “Humanitar Dialoq Mərkəzi”ndə İsveçrənin qeyri-hökumət qeyri-kommersiya təşkilatında (QHT) işləyir:

“Vinatye Loran Klod Jan Lui Nantdandır, universitet təhsili, doktorluq dərəcəsi və iki azyaşlı övladı var”.

Müstəntiqlərin fikrincə, şübhəli şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsini pozub. 

Qeyd edək ki, Fransa vətəndaşı bir gün əvvəl saxlanılıb.

İstintaq müəyyən edib ki, müttəhim bir neçə il ərzində Rusiya Federasiyasının hərbi və hərbi-texniki fəaliyyəti sahəsində məlumat toplayıb. Onun topladığı məlumatlar xarici mənbələrə daxil olarsa, Rusiyaya qarşı istifadə oluna və ölkədə təhlükəsizliyin pozulmasına yönəldilə bilər.

Fransa lideri Emmanuel Makron isə öz növbəsində Vinatyenin heç bir halda Fransa üçün işləmədiyini deyib.

Onun sözlərinə görə, Paris onu lazımi konsul müdafiəsi ilə təmin edəcək.

(redaktor.az)