Astara rayonunda ata bağdakı mandarinlərin yığılıb satılmasına imkan verməyən oğlunu məhkəməyə verib.
Viral.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1988-ci ildə Astara rayonunun Qapçıməhəllə kəndində anadan olmuş D.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün Astara Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, 36 yaşlı D.F. atası S.F.-nın təsərrüfatında olan mandarinlərin yığılıb satılmasına mane olur. Həmçinin, ona qarşı nalayiq ifadələr işlədir.
Son Yazılar:
- Məktəblərdə rüşvət halı ilə bağlı bizə müraciətlər olur
- 2024-cü ildə dünyada nə qədər jurnalist öldürülüb?
- Azərbaycanda ən çox əməkhaqqını onlar ALIR
Məhkəmənin qərarı ilə, D.F. 5 gün müddətinə həbs edilib.