“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Bakı-Səmərqənd-Bakı birbaşa uçuşlarını bərpa edəcək.
Bu barədə Viral.az Özbəkistan mətbuatına istinadən xəbər verir.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək.
Son Yazılar:
- Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ANILDI
- Gürcüstan Avropaya inteqrasiya yolunda addımlar atacaq
- “Liverpul” və “Beşiktaş”ın sabiq qapıçısı karyerasını bu ölkədə davam etdirə bilər
Məlumatda qeyd edilib ki, Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.
“Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir”, – məlumatda qeyd olunub.