Azərbaycan Metrologiya İnstutununun şöbə müdiri Qara Tağıyev işdən çıxarılıb.
Viral.az xəbər verir ki, Qara Tağıyev bundan sonra əmək münasibətlərinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.
O, qurumdan əmək haqqı tələb edir. İş hakim Mehriban Əfəndizadənin icraatındadır.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
Qara Tağıyev qurumda tətbiqi metrologiya şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Metrologiya İnstitutu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. İnstitutun baş direktoru Xamis Seyranovdur (Qaynarinfo).