Gürcüstan Prezidenti Salome Zurabişvili dövlət başçısı kimi səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcəyini bildirib.
Viral.az xəbər verir ki, o, bu barədə televiziya ilə çıxışında danışıb.
“Heç yerə getməyəcəyəm. Məndən həmişə bu barədə soruşurlar, burada qalacağam”, – Zurabişvili deyib.
Son Yazılar:
- Diş təmizliyi ilə Altsheymer xəstəliyi arasında əlaqə AŞKARLANDI
- Ürək xəstələri mütləq bunları ETMƏLİDİR
- Türk azarkeşlər Avropa Liqasının oyununa buraxılmayacaq
Qeyd edək ki, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. S.Zurabişvilinin səlahiyyət müddəti isə dekabrın 16-da başa çatır.