Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.
Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Viral.az-a bildirib ki, hadisə bu gün səhər saat 5:30-da baş verib.
“İş vaxtı bitirərək “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”.