Premyer Liqada bu mövsümün sürpriz komandası “Araz-Naxçıvan”dır.
Viral.az xəbər verir ki, “boz qurdlar” hazırda çempionatın lideridir.
Bu məqam başqa klubların Naxçıvan təmsilçisinin futbolçularına maraq göstərməsinə səbəb olub. Artıq indidən “qırmızı-bəyazlar”ın üzvlərini istəyənlər var.
Son Yazılar:
- Lavrov Əsədə görə Türkiyədən xahiş ETDİ
- Mixeil Kavelaşvili Gürcüstanın yeni prezidenti SEÇİLDİ
- İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik ETDİ
Bunlardan biri Felipe Santosdur. Premyer Liqanın bombardirinin 3 ölkədən təklifi var. Söhbət Türkiyə, Rusiya və Yunanıstandan gedir. Adı bəlli olmayan klublar qış “transfer pəncərəsi”ndə vinger üçün “Araz-Naxçıvan”a rəsmi təklif ünvanlayacaq.
Qeyd edək ki, 15 oyuna 8 qol vurub, 1 məhsuldar ötürmə edən Felipe Santosun Naxçıvan təmsilçisi ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.