Azərbaycanda bu şəxslərin maaşı ARTIRILIR

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.

Viral.az xəbər verir ki, bu barədə “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinin ilkin variantında əks olunub.

Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.

Son Yazılar:

Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əmək haqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.