ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsinin rəhbəri Devin Nunesi Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri təyin etmək qərarına gəlib.
Viral.az xəbər verir ki, bu barədə Tramp “Truth” hesabında məlumat verib.
“Mən “Truth Social”ın baş direktoru Devin Nunesi federal hökumətlə birbaşa əlaqəsi olmayan görkəmli vətəndaşlardan ibarət Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri vəzifəsinə təyin edəcəyimi elan etməkdən məmnunam”, – deyə o bildirib.