Hazırkı gənclərin gecə ərizndə cəmi altı saat yatacaqları təqdirdə 2050-ci ildə necə görünəcəkləri ilə bağlı görüntü yayılıb.
Viral.az xəbər verir ki, yuxu mütəxəssisi Sofi Bostok bununla bağlı “Hanna” adlı personaj yaradıb.
Bildirilib ki, “Hanna”erkən qocalma, saç tökülməsi və digər sağlamlıq problemlərini əhatə edə bilən xroniki yuxu çatışmazlığının təsirlərindən əziyyət çəkən qadının vizual görüntüsüdür.
Son Yazılar:
- Ramzan Kadırov gözəllik salonlarını bağlamağa ÇAĞIRDI
- Rusiya tankeri Kerç boğazında iki yerə bölündü
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi
Mütəxəssi Z nəslinin yorğunluq epidemiyasının ortasında olduğunu söyləyib.
Tədqiqatlar göstərib ki, yuxu olmaması sirkadiyalı ritmləri pozaraq sağlamlığın bir çox aspektlərinə təsir edir.
Xroniki yuxu çatışmazlığı piylənmə, ürək, 2-ci tip diabet kimi xəstəliklərin inkişaf riskini artırır.
“Hanna”-nin görünüşü yuxu çatışmazlığının bədənə, o cümlədən beyinə, immunitet sisteminə, dəriyə, saçlara və əzələlərə necə təsir etdiyini göstərən elmi araşdırmaya əsaslanır.
Bununla belə, ondan çəkinmək lazım deyil. Əslində, bu qorxulu qadın ingilis yataq otağı mebel pərakəndə satışı üçün reklam inteqrasiyasının bir hissəsidir (söz.az)