Türkiyəli futbolçu Arda Gülər “Real Madrid”in tarixinə düşüb.
Viral.az bu barədə “Fanatik”ə istinadən xəbər verir.
Məlumata görə, yarımmüdafiəçi İspaniya çempionatının “Rayo Valyekano” ilə görüşündə 2 məhsuldar ötürmə edib.
Son Yazılar:
- Masallıda 2 kənd qazsız QALDI
- Qubada partlayışda xəsarət alan şəxsin kimliyi bilindi
- Ramzan Kadırov gözəllik salonlarını bağlamağa ÇAĞIRDI
Beləliklə də, Gülər 21-ci əsrdə La Liqa bir matçda iki məhsuldar ötürmə ilə “Real Madrid”in ən gənc futbolçusu olub. O, buna 19 yaş 293 günlüyündə nail olub.
Gülər bu mövsüm klubda bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, matç 3:3 hesabı ilə başa çatıb.