Dünyanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib.
Viral.az xəbər verir ki, bu barədə “Satranc okulu” kanalında FİDE ustası Selim Gürcan məlumat verib.
O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib. Şəhriyar məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar.