İki qardaşı ölən bacının da meyiti TAPILDI

Siyəzəndə 15 yaşlı məktəbli dəm qazından zəhərlənərək ölüb.

Viral.az  unikal.az-a istinadən məlumat verir ki, hadisə Siyəzən şəhərində, M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Gülər Seyfulla qızı Vəkilli Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son Yazılar:

G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, həmin ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulmuşdular. 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olmuşdu.