Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilir.
Viral.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Həmçinin həftə rəzində mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası baş tutacaq.
Son Yazılar:
- Dəm qazından ölən Yusifin FOTOSU
- Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
- Prezidentdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı FƏRMAN
Bundan başqa, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi, medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi, ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.