“Silahlılar yaxınlaşan zaman…” – Bəşər Əsəddən ilk AÇIQLAMA

“Suriyada vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı bir dəfə də olsun istefa vermək və yaxud sığınacaq istəmək imkanını nəzərdən keçirməmişəm”.

Viral.az “Kommersant”a istinadən xəbər verir ki, bunu bir neçə gün əvvəl Suriyada prezident postunu tərk edən Bəşər Əsəd deyib.

Bu, onun Suriya Ərəb Respublikasında hakimiyyətin dəyişməsindən sonra ilk açıqlaması olub.

Son Yazılar:

Onun sözlərinə görə, dekabrın 8-də səhər saatlarına qədər, silahlı qruplaşmalar paytaxta yaxınlaşdığı zaman Dəməşqdə olub və Suriyanı həmin günün axşamı tərk edib. 

Xatırladaq ki, noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və idlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirdi, dekabrın 8-də isə Dəməşqə daxil oldular. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib. Əsəd isə öz növbəsində prezident postunu və ölkəni tərk edib. O, hazırda Rusiyadadır.