Şirvanda bir həftə əvvəl dəm qazından zəhərlənən 22 yaşlı gənc xəstəxanada ölüb.
Viral.az xəbər verir ki, hadisə dekabrın 9-da Şirvan şəhərində kənd evləri massivində yerləşən yaşayış evində qeydə alınıb.
Şirvan sakinləri, 2002-ci il təvəllüdlü Səfərov Yusif Varis oğlu və 2004-cü il təvəllüdlü Umudova Nazilə Vüqar qızı dəm qazından zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Son Yazılar:
- YAP-ın bələdiyyə üzvlüyünə bu qədər namizədinin siyahısı təsdiqləndi
- Aİ 7 LNG tankerini sanksiya paketinə daxil ETDİ
- Lamin 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq
Onların hər ikisi komatoz vəziyyətdə xəstəxanaya daxil olub və süni tənəffüs aparatına qoşulub.
Sonradan hər iki xəstə paytaxtda toksikologya şöbəsinə yerləşdirlib.
İntensiv müalicələrə baxmayaraq 22 yaşlı Yusif Səfərovun həyatını xilas etmək mümkn olmayıb (APA).