İtkin düşmüş şəxsin meyiti transformatorda TAPILDI

İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.

Viral.az xəbər verir ki, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb.

Son Yazılar:

Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.

Onun cərəyan vurmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır