-->

Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək

1716794096 1715672978 d2a89192 e560 49de b92c 48267a0b45cd

Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını etiraf edib.

Viral.az xəbər verir ki, kansler bu fikri Berlində vətəndaşlarla görüş zamanı bildirib.

Son Yazılar:

Tədbirin bəzi hissələri Phoenix telekanalı tərəfindən yayımlanıb.

“Müharibənin səbəblərindən biri Ukraynanın guya NATO-ya daxil olmaq niyyətinə düşməsi idi. Bilirsiniz ki, yaxın gələcəkdə belə bir şey gözlənilmir. Yəqin ki, bu, yaxın 30 ildə də baş verməyəcək, mən bunu hətta açıq elan etmişəm”, – kansler 2022-ci ilin əvvəlində Moskvaya səfərini xatırlayaraq bildirib.

Onun sözlərinə görə, bu barədə iki il əvvəl Kiyevə də məlumat verib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen mayın 24-də elan etdiyi kimi, Şimali Atlantika Müqaviləsi Təşkilatı iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanı öz sıralarına dəvət etmək niyyətində deyil, amma Kiyevə əhəmiyyətli köməklik göstərəcək. İndiyədək Amerika rəsmiləri bir neçə dəfə açıq şəkildə bəyan etmişdilər ki, Kiyev Vaşinqton sammitində alyansa qoşulmaq üçün dəvət almayacaq.