İsveçrənin istehsalı olan “Microlino” elektromobili bu ayın sonunda İsveç bazarında satışa çıxarılacaq. Bu nəqliyyat vasitəsini avtomobil adlandırmaq da çətindir, o, daha çox “B” kateqoriyasına aid olan sürücülük vəsiqəsi ilə idarə ediləcək dördtəkərli motosikletdir.
Viral.az xəbər verir ki, uzunluğu 2,5 metr, eni isə 1,5 metr olan “Microlino” elektromobilinin çəkisi 600 kiloqramdır və onun maksimal sürəti saatda 90 kilometrlə məhdudlaşdırılıb.
Son Yazılar:
- Azərbaycanda ZƏLZƏLƏ OLDU
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
“Dagens Nyheter” qəzetinin avtomobillərdən yazan müxbiri Mikael Styerna bildirib: “Microlino” elektromobilinin xüsusi cəhəti “idman rejimi” düyməsidir. Mən onu İsveçrə yumorunun təzahürü kimi qəbul edirəm. Ümumilikdə, icmal müsbətdir, hərçənd təhlükəsizlik nöqteyi-nəzərindən bu “avtomobili” tənqid etmək olar”.
“Microlino” elektromobilinin batareya ehtiyatı 228 kilometrlik məsafəyə nəzərdə tutulub və standart rozetka ilə 4 saat ərzində şarj olunur. Kompakt formasına baxmayaraq, onun içərisində iki nəfər otura və iki çanta qoyula bilər. Elektromobilin start qiyməti 25 600 avrodur.