Bu gün futbol üzrə Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyunları keçiriləcək.
Viral.az xəbər verir ki, XVIII tura iki qarşılaşma ilə yekun vurulacaq.
İlk olaraq “Şamaxı” “Sabah”ı qəbul edəcək. Bölgə təmsilçisi 14 xalla 8-ci, qonaqlar 26 xalla 5-ci pillədə qərarlaşıb.
Son Yazılar:
- İsrail ordusu Qəzzada keçmiş məktəbə zərbələr ENDİRDİ
- Kəlbəcərdə avtomobil aşdı: Ölən VAR
- Trampın gəlini ABŞ Senatına namizədliyini geri GÖTÜRDÜ
Tura “Qarabağ” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Lider “Qarabağ”ın 44, ikinci sıradakı Naxçıvan klubunun 39 xalı var.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
22 dekabr
14:00. “Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu
16:30. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, XVIII turun əvvəlki matçlarında “Zirə” səfərdə “Səbail”i məğlub edib – 1:0. “Turan Tovuz” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında isə qapılara qol vurulmayıb.