Bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.
Viral.az “Unikal”a istinadən xəbər verir ki, təyyarənin hər iki pilotu – İqor Kşnyakin və Kalyaninov Aleksand həlak olublar. Həmçinin stüardessalardan biri Əliyeva Hökümənin də adı sağ qalanlar arasında yoxdur.
Ə.Hökümənin qardaşı Coşqun Nəsibli “Unikal”a açıqlamasında bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb: “Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər”.
Son Yazılar:
- İrəvanda qondarma “erməni soyqırımı” yürüşündə Azərbaycan və Türkiyənin bayraqları yandırıldı
- Qubada 60-dan çox kəndin əsas yolu BAĞLANDI
- ”Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişikliklərin məqsədi pensiya yaşının azaldılması ilə bağlı deyil
Stüard Əsədov Zülfüqar və stüardessa Rəhimli Aydan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.