Türkiyə ordusu bu il zərərsizləşdirdiyi terrorçuların sayını AÇIQLADI

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalı da daxil olmaqla keçirdiyi antiterror əməliyyatı nəticəsində son bir həftədə 62, ilin əvvəlindən isə 3 min 21 terrorçu öldürülüb.

Viral.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, 2024-cü il başlayandan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 13 min 830 nəfər saxlanılıb. Son bir həftədə ölkə ərazisinə qanunsuz yolla sızmaq istəyən 85 nəfər tutulub, onlardan səkkizi PKK terror qruplaşmasının üzvüdür.

Son Yazılar:

“Suriyalıların təhlükəsiz şəkildə qayıdışı istiqamətində fəaliyyətimiz davam edəcək”, – nazirlikdən qeyd olunub.

Qurumun açıqlamasında vurğulanıb ki, PKK/YPG-PYD terror qruplaşması “yaxşı vəziyyətdə” olduqlarına dair yalan məlumatlar yayır: “PKK/YPG terror qruplaşması ya silahları təhvil verəcək, ya da məhv olacaq”.