-->

Rusiya hələ də Ukraynaya pul ödəyir

photo 265126

“Rusiya hələ də sutkada ən azı 14 milyon kubmetr qazı tranzitlə nəql edir. Bu qaz Ukrayna ərazisindən keçir və Rusiya bunun üçün pul ödəyir”.

Viral.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Müharibə öz yerində, lakin biz mütəmadi olaraq qazı çatdırırıq və tranzit üçün pul ödəyirik”, – deyə dövlət başçısı bildirib.

Son Yazılar:

Onun sözlərinə görə, Kiyevin Kursk vilayətində silahlı təxribatlarına baxmayaraq, tranzit dayanmayıb. Döyüşlərin getdiyi Sucada da borular işləyir:

“Biz sadəcə olaraq hər gün 14 milyon kubmetr qaz tədarük etməyə davam edirik”, – Putin qeyd edib.