Sağ qalan təyyarə bələdçisi Aydan Rəhimli açıqlama verib.
Viral.az xəbər verir ki, o, hadisə ilə bağlı Xəzər TV-yə danışıb:
“Birinci zərbədən sonra oksigen maskaları düşdü, salona baxmağa getdik ki, nə baş verir. Bu anda ikinci zərbə oldu. Təyyarə bələdçisi Zülfüqar bəy sol qolundan xəsarət aldı. Yaralıydı, çalışdım ki, kömək edim. Arxaya getdik, o, sağ tərəfdə otururdu, mən solda, ilkin yardım göstərdim. Bu anda bir anlıq yenə səs gəldi. Biz əyləşdik oksigen maskalarını taxdıq. Hökümə xanım mənə zəng edirdi, biz son ana qədər danışdıq, iki dəqiqə qalmış zənglər kəsildi, təyyarə enməyə başladı. Biz o zaman arxaya getdik, qəlpələr qabaq tərəfdə oldu. Oksigen balonu partlamayıb, düzgün məlumat deyil. Oksigen balonu partlasa, biz sağ olmazdıq. Gözümü açdım ki, Aktaunun işçiləridir. Soruşdum ki, haradayıq, dedilər, Aktauda”.