Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın “Gürcüstan naminə” Partiyası prezident Salome Zurabişvilinin təklif etdiyi “Gürcüstan Xartiyası”nın prinsiplərini dəstəklədiyini bəyan edib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu deputat Mixail Dauşvili bildirib.
Bununla belə, onun sözlərinə görə, lakin bəzi suallar var.
Deputat bildirib ki, “Gürcüstan naminə” öz qərarını əlavə məsləhətləşmələrdən sonra açıqlayacaq.
Xüsusilə Qaxariyanın partiyasında müvəqqəti texniki hökumətin formalaşdırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməsini zəruri hesab edirlər.
Dauşvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası ilə hər hansı koalisiyadan imtina etdiklərini də bəyan edib.