Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Viral.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.