Dekabrın 28-də Rusiyanın Tver vilayətində 1 yaşdan 7 yaşa qədər dörd uşağın meyiti tapılıb.
Viral.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ilkin məlumata görə, uşaqları öz ataları öldürüb.
Azyaşlı övladlarını öldürüb intihara cəhd edən ata reanimasiyaya yerləşdirilib. Hazırda o, süni nəfəs aparatına qoşulu vəziyyətdə reanimasiyadadır, lakin vəziyyəti stabildir və müstəntiqlər onunla danışa bilirlər. İstintaq orqanları hadisənin təfərrüatlarını aydınlaşdırır.
Son Yazılar:
- Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq
- İsrail hərbçiləri Qəzzada reyd zamanı 240-dan çox radikalı SAXLADI
- Husilər ABŞ-nin PUA-sını VURDU
Teleqram kanallarının məlumatına görə, ata cinayəti törədərkən arvadını başqa otağa bağlayıb və bu da onun uşaqları xilas etməsinə mane olub.
Qonşular uşaqların ailəsini firavan və polislə problemi olmayan ailə adlandırıblar. Bunu Rusiya Daxili İşlər Nazirliyinin Tver vilayəti üzrə mətbuat xidməti də vurğulayaraq, qonşulardan heç bir şikayət və müraciətin daxil olmadığını qeyd edib.
Ehtimallara görə, qətl zamanı ailə başçısı narkotikin təsiri altında ola bilərdi. Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Hadisə yerində müstəntiqlər və kriminalistlər işlərini davam etdirirlər.