Rusiya Azərbaycana təzminat verməlidir – məbləğ AÇIQLANDI

Rusiya Azərbaycana təzminat verməlidir - məbləğ AÇIQLANDI

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub.

İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.

Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Son Yazılar:

Rəsmi Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək. Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər. Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.

Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir.

Viral.azın modern.az-a istinadla məlumatına görə, Beynəlxaq Mülki Aviasiya qaydalarında sözügedən hadisələrlə bağlı bir sıra tələblər mövcuddur.

Vəkil Babək Həmidovun sözlərinə görə, Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən mülki aviareyslərdə qəza nəticəsində ölənlərə ödənilməsi üçün hər hansı ölkənin valyutasından deyil, xüsusi beynəlxalq valyutadan istifadə edilir.

“Special Drawing right” (xüsusi borcalma hüququ) – SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. Beynəlxalq Mülki Aviasiya qaydalarına görə, qəza nəticəsində ölən hər sərnişinə görə təqsirkar tərəfindən 250000 (iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi bankının hadisə gününə olan məzənnəsinə görə 1 SDR – 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250 Azərbaycan manatıdır.

Hadisə baş verdiyi ərazi (Rusiya Federasiyası) üzrə kompensasiya isə 32623433 Rusiya rubl (250000 SDR), yəni 326662 ABŞ dolları edir.

Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə və dəymiş maddi zərərə görə AZAL-a ödənilməlidir.

Qeyd edək ki, 250000 SDR məbləğ maksimal kompensasiya məbləğidir. Monreal konvensiyasına görə, minimal kompensasiya məbləği 150000 SDR-dir.