İstəyirəm çalışdığım məktəbə qızımın adı verilsin

İstəyirəm çalışdığım məktəbə qızımın adı verilsin

“Öz istəyi ilə o, hava limanında işləməyə başlayıb. Artıq 9 ilə yaxındır”. 

Viral.az xəbər verir ki, bunu unikal.az-a açıqlamasında Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib. 

Onun sözlərinə görə, qızı ixtisasca hüquqşunaslığı bitirsə də, bu peşədə çalışmaq istəyib: 

Son Yazılar:

“Bu, onun seçimi idi. Həmişə xarici ölkələri gəzməyi sevirdi. Qızımla fəxr edirəm. Allah Prezidentimizdən razı olsun! Ondan bircə şey istəyirəm. Mən özüm ədəbiyyat müəllimiyəm. İstəyirəm ki, çalışdığım Kəlbəcər rayonunun 67 saylı tam orta məktəbinə qızımın adı verilsin”.