Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.
Bu barədə Viral.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb: “Nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur”.
Son Yazılar:
- Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq
- İsrail hərbçiləri Qəzzada reyd zamanı 240-dan çox radikalı SAXLADI
- Husilər ABŞ-nin PUA-sını VURDU
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü yanvarın 6-na təsadüf edəcək.