Milli Məclisin payız sessiyası üzrə son plenar iclası başlayıb.
Viral.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.
İclasda Milli Məclis yanında Toponimiya komissiyasının tərkibinə baxılacaq, bir sıra qanun layihələrinin son oxunuşda təsdiqi və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə parlamentin müraciətinin qəbul edilməsi nəzərdə tutulur.
Son Yazılar:
- Köçəryan Putinin Ermənistan üzrə kuratoru ilə görüşdü
- Qubada torpaq sürüşməsi oldu, kəndin əsas yolu bağlandı
- Antalyada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirildi
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.