Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı bir sıra səbəbləri açıqlayıb.
Viral.az xəbər verir ki, dövlətimizin başçısı bildirib:
“Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.
Son Yazılar:
- Prezident Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu GÖNDƏRDİ
- Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib
- “Neftçi” legioner futbolçu ilə yollarını ayırdı
Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.