Azərbaycanda yeddigünlük qeyri-iş günündən sonra beşgünlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində ilk dərs günü yanvarın 6-da, altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə isə yanvarın 4-də olacaq.
Viral.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Nazirlər Kabineti 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar verib.
Son Yazılar:
- Bu rayonlarda 16 dərəcə şaxta var
- Bu ölkədə çadra və niqab qadağan olundu
- İtkin düşən iki nəfər tapıldı
Qərara əsasən, dekabrın 28-29-u iş günü sayılıb. Bu gün beşgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində cümə gününün, altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə bazar ertəsi gününün dərsləri tədris olunur.