Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
Son Yazılar:
- “Fobos mərkəzi” maqnit qasırğasının başlaması barədə xəbərdarlıq ETDİ
- Sabah hava necə keçəcək? – PROQNOZ
- “Neftçi” onunla yollarını AYIRDI
***
16:25
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında yeni telefon danışığı olub.
Viral.az xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilib.
Məlumata görə, söhbət zamanı “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Əliyev bu gün telefon danışığında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.
Qeyd edək ki, qəzanın baş verməsindən sonra İlham Əliyev və Putin arasında iki dəfə telefon danışığı baş tutub.