İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdəki Hadassa Tibb Mərkəzində prostat vəzindən əməliyyat olunub. O, əməliyay sonra özünə gəlib və sağalmaq üzrədir.
Viral.az xəbər verir ki, bu barədə “Times of Israel” Netanyahunun ofisinə istinadən məlumat yayıb.
“Əməliyyat uğurlu və fəsadsız keçdi. Baş nazirin vəziyyəti yaxşıdır”, – ofisin açıqlamasında deyilir.
Son Yazılar:
- Böyrəklər niyə sıradan ÇIXIR?
- Bel və boyun ağrılarından qorunmağın YOLLARI
- Bu istiot ağciyər xərçənginin qarşısını ala bilər
Onun möhkəmləndirilmiş reabilitasiya palatasında bir neçə gün müşahidə altında qalacağı gözlənilir.
İsrailin baş naziri prosedur zamanı tam anesteziya altında olub. Məlumata görə, həkimlər onun prostat vəzinin xoşxassəli böyüməsi nəticəsində yaranan infeksiya aşkar etdikdən sonra əməliyyat göstərişi verilib.