Yunanıstanın mərkəzində yerləşən qədim Meteora monastır kompleksinin yaxınlığındakı hoteldə yanğın baş verib.
Viral.az xəbər verir ki, yanğın nəticəsində hotelin sahibi ölüb. Qeyd olunur ki, eyvandan qaçmağa çalışan 55 yaşlı iş adamı yanğınsöndürənlər gələnə qədər yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daha 11 nəfər xəsarət aldığı bildirilir. Onlardan 4-ü azyaşlıdır.
Son Yazılar:
- Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü
- İlon Mask FTB-də islahatların zəruri olduğunu AÇIQLADI
- Ağstafada avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var
Xilasedicilər 26 nəfəri təxliyə ediblər, onlardan bəziləri kran vasitəsilə eyvanlardan qaldırılmalı olub.
Yanğının səbəbi hələ müəyyən edilməyib.