Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin ilk əkiz uşaqları dünyaya gəlib.
Viral.az xəbər verir ki, Naxçıvan Perinatal Mərkəzindən verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı qeysəriyyə üsulu ilə əkiz oğlan uşaqları dünyaya gətirib.
Son Yazılar:
- ”Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişikliklərin məqsədi pensiya yaşının azaldılması ilə bağlı deyil
- Türkiyədə zəlzələdən sonra afterşoklar davam EDİR
- Azərbaycan hökuməti Türkiyədəki silsilə zəlzələ ilə bağlı narahatlığını ifadə ETDİ
38 həftədə biri 2,6, digəri 2,3 kq çəkidə doğulan uşaqlar tam sağlamdırlar.
Seyidovlar ailəsinin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib. Yeni ilin ilk dəqiqələrində dünyaya göz açan əkiz qardaşların ailəsini təbrik edir, körpələrimizə qədəmləriniz uğurlu olsun deyirik!