Türkiyədə son bir həftədə 17 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən “GÜRZ-35” əməliyyatlarında 42 şübhəli yaxalanıb.
Viral.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.
Qeyd olunub ki, əməliyyatlar Adana, Ankara, Balıkəsir, Batman, Bursa, Bitlis, Diyarbakır, Ədirnə, Qaziantep, İstanbul, Kahramanmaraş, Karabük, Kayseri, Kocaeli, Mardin, Mersin və Şanlıurfada həyata keçirilib.
Son Yazılar:
- Ən faydalı meyvə və giləmeyvələr
- Balakəndə məktəbli qız canına qəsd etdi
- İran səfiri Fransa XİN-ə ÇAĞIRILDI
Əməliyyatlar zamanı tutulan şübhəlilərin terror təşkilatının üzvü olduqları, təşkilatı maliyyələşdirdikləri və sosial media hesabları vasitəsilə təbliğat apardıqları müəyyən edilib.
Əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.