Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyadakı Rusiya bazaları barədə yox, Almaniyadakı ABŞ bazalarının taleyindən danışmalıdır.
Viral.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
“Bunu ABŞ hərbi bazalarının yerləşdiyi ölkənin xarici işlər naziri deyir. Bir sualım var; Almaniyanın xarici işlər nazirinin fikrincə onun Vaşinqtona bənzər bir şey deməsinin vaxtı çatmayıbmı?” – deyə diplomat Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməyin vaxtının çatdığını deyən Berbokun sözlərinə öz “Telegram” kanalında cavab verib.