Yanvarın 4-də Yer sakinləri 2025-ci ildə ən böyük günəş diskini müşahidə edə biləcəklər, çünki Günəş Yerdən minimum məsafədə, başqa sözlə Yerə ən yaxın məsafədə olacaq.
Viral.az xəbər verir ki, bu barədə “Moskva planetariumu” məlumat yayıb.
“4 yanvar – Yer periheliondadır, Günəşdən ən yaxın məsafədədir, bu, bizə Günəşin ən böyük diskini 2025-ci ildə müşahidə etməyə imkan verəcək”, – məlumatda deyilib.
Son Yazılar:
- Bakının bu ərazisində yeni yol qovşağı inşa edilir
- Təhsil nazirinə yeni müavin təyin olundu
- “BakuBus”un sürücü ilə sərnişin arasında insident – İşdən çıxarıldı
Astronomlar bu il iki Ay və iki Günəş tutulmasının olacağını bildiriblər. Ay tutulmaları martın 14-də və sentyabrın 7-də, Günəş tutulması isə martın 29-da və sentyabrın 21-də müşahidə olunacaq.
Yanvarın 16-da Marsı müşahidə etmək üçün ən yaxşı şərait olacaq. Mars Yerə ən əlverişli məsafədə yaxınlaşacaq ki, bu fenomen “Marsın qarşıdurması” adlanır.