Xəbər verdiyimiz kimi, ötən gün 91 saylı sərnişin avtobusunun arxa şüşəsinin “skoçlanaraq” idarə olunması müzakirələrə səbəb olub.
Yayılan görüntülərlə bağlı AYNA-dan Viral.az-a bildirilib ki, qurum tərəfindən araşdırma aparılıb.
Daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb:
Son Yazılar:
- Şəkərsiz 14 gün: Orqanizmə inanılmaz təsirləri…
- Ən faydalı meyvə və giləmeyvələr
- Balakəndə məktəbli qız canına qəsd etdi
“91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib.
Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır”.