Emin Əmrullayev 1 şəhər, 6 rayonun sakinlərini qəbul edəcək

Emin Əmrullayev 1 şəhər, 6 rayonun sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 24 yanvar tarixində Zərdab şəhərində vətəndaşları qəbul edəcək.


Bu barədə Viral.az-a nazirlikdən məlumat verilib.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinləri iştirak edə bilərlər.

Son Yazılar:

Adları çəkilən şəhər və rayonların sakinləri 16 yanvar (saat 18:00-dək) tarixinədək nazirliyin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.