Son günlərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara bir ay içərisində iki dəfə borc qəbzi göndərilməsi ilə bağlı paylaşımlar edilir.
Viral.az xəbər verir ki, vətəndaşlar onlardan bir aylıq ödənişin iki dəfə, qalıqlı şəkildə tələb edildiyini iddia edirlər. Belə bir halın ötən illərdə qeydə alınmadığını, yalnız bu ilin sonu belə vəziyyətlə üzləşdiklərini əlavə ediblər.
Bəzi qaz istehlakçıları hətta ikinci qəbzdə qeyd edilən borcun onlara aid olmadığını, bunu araşdıracaqlarını da qeyd ediblər.
Son Yazılar:
- İlon Mask bu məşhur futbol klubunu almaq istəyir
- İlham Əliyev Qərbi Azərbaycan məsələsindən DANIŞDI
- Şəmkirdə fərdi yaşayış evində yanğın OLDU
Məsələ ilə bağlı “Azəriqaz” İB-dən “Qafqazinfo”ya bildirilib ki, ilin son ayı olduğu üçün bildiriş vətəndaşlara iki dəfə göndərilir: “İki dəfə bildiriş göndərilsə də, bu, əslində bir ayın sərfiyyatıdır. Ayın 1-dən 15-nə, 15-dən isə 30-na qədər.
Bildiriş təbii ki, məcburi deyil. Abonent bunu bir ayın tamamında ödəməlidir. Yəni vətəndaşın istehlak olan qazın pulunu ödəmək üçün 30 gün müddəti var.
Elə olur, əvvəldən ödəyirlər ki, rahat olsun. Sadəcə iki dəfə gəlməsi növbəti ilə çoxlu debitor borcdan çıxılmaması üçündür. Amma bu, məcbur deyil. İstəyən ödəyir, istəməyən isə növbəti aydan ödəyə bilir”.