Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Rüstəmov Hicran Yaqub oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Viral.az “Report”a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhrum etmə) tətbiq edilib. Hicran Yaqubov barəsində dörd il altı ay sınaq müddəti seçilməklə şərti cəza verilib.
Son Yazılar:
- İlon Mask bu məşhur futbol klubunu almaq istəyir
- İlham Əliyev Qərbi Azərbaycan məsələsindən DANIŞDI
- Şəmkirdə fərdi yaşayış evində yanğın OLDU
Qeyd edək ki, istintaqın araşdırmasına əsasən, H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.